PDF Oxu

Siyasət

  • 716

Ölkəmiz əməkdaşlıq, dostluq, həmrəylik məkanı kimi tanınır

image

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet istiqamətlərdir. Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfəri də bu baxımdan diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rahmon ilə təkbətək görüşü keçirildi. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan Prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. Bu əlaqələr qarşılıqlı etmada əsaslanır. Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qonaqpərvərliyə, tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkürünü bildirdi. Həmçinin qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etdi. Bu məqam da xüsusi qeyd edildi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu hal həm ölkəmizin həyata keçirdiyi quruculuq prosesinin miqyasını və dinamikasını, həm də regional mədəni əməkdaşlığa verilən önəmi nümayiş etdirir. Laçında keçirilən tədbirlər MDB dövlətlərini bir araya gətirən mədəni inteqrasiya modelinə çevrilib. Bu nümunə, mədəniyyətin xalqları yaxınlaşdırmaq gücünü bir daha təsdiqləyir.

Cənab Prezidentin çıxışında yer alan digər mühüm məqamlardan biri də III MDB Oyunlarının qədim Gəncə şəhərində uğurla keçirilməsi ilə bağlı idi. Qeyd olunduğu kimi, bu tədbirdə 13 dövlətdən 1600-dən artıq idmançı iştirak edib və yarışlar yalnız Gəncədə deyil, ölkənin digər altı şəhərində də baş tutub. Bu isə Azərbaycanın regionda idman vasitəsilə birgəyaşayış, əməkdaşlıq və sülh ideyalarını təşviq etdiyini göstərir.

Ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir. III MDB Oyunları da bu baxımdan əlamətdar oldu. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını təsdiqlədi.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər