PDF Oxu

Siyasət

  • 599

Ümumdünya Statistika Günü və Azərbaycanda rəsmi statistikanın yaranmasının 105-ci ildönümü qeyd olunub

image

14 oktyabr 2025-ci il tarixdə Xocavənd qəsəbəsində Ümumdünya Statistika Günü və Azərbaycanda rəsmi statistikanın yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, RİH başçısının müavinləri və aparatın əməkdaşları, rayon Statistika İdarəsinin rəhbərliyi və kollektivi, inzibati ərazi daiəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətində davam edən tədbiri Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov giriş nitqi ilə açaraq Ümumdünya Statistika Gününün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, 20 oktyabr-Ümumdünya Statistika Günü dövlət idarəçiliyinin və sosial-iqtisadi inkişafın əsas dayaqlarından biri olan statistika sahəsinə verilən yüksək qiymətin təcəssümüdür. O vurğulayıb ki, Azərbaycanda müasir statistika sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə qəbul edilmiş “Statistika haqqında” qanun bu sahənin hüquqi bazasını möhkəmləndirib, idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaradıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri əsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov "20 oktyabr-Ümumdünya Statistika Günü" münasibətilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri-Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri hörmətli Tahir müəllim başda olmaqla bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edərək, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı.
Xocavənd Rayon Statistika İdarəsinin rəisi Fərnad Tahirov çıxış edərək idarənin fəaliyyəti, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib. O, qeyd edib ki, rayon üzrə sosial-iqtisadi göstəricilərin dəqiq toplanması və təhlili regionun davamlı inkişafına əhəmiyyətli rol oynayır.
Tədbirin sonunda bir qrup rayon statistika idarəsinin əməkdaşı peşə fəaliyyətində fərqləndiklərinə görə Fəxri Fərman ilə təltif olunub.

Digər xəbərlər