Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun, mübarizə ruhunun və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli tarixi xatırladır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində müstəqilliyimiz daimi və dönməz xarakter aldı. Ümummilli Lider ölkəni xaosdan xilas edib möhkəm dövlət idarəçiliyi sistemi qurdu. Ulu Öndər Heydər Əliyev ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bəxtiyar Nəbiyev qeyd edib ki, 15 oktyabr 2003-cü il Azərbaycan dövlətçiliyi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb ki, bu gün həmin prosesdən 22 il ötür. Həmin gün xalqın etimadı və dəstəyi ilə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərək Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ölkənin inkişafına rəhbərlik etməyə başladı. 22 illik əldə olunan möhtəşəm nailiyyətlər, güclənən dövlətçilik və artan beynəlxalq nüfuz bu seçimın tarixi doğruluğunu bir daha sübut edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi gücünü daha da artırdı. Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qeyd olunub ki, 2020-ci ildə qazanılan Böyük Zəfər müstəqilliyimizin ən ali təzahürünə çevrildi. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Bu, dövlətimizin ərazi bütövlüyünü və milli birliyini təmin edən tarixi hadisə idi. Artıq müstəqilliyimiz “Suverenlik Günü” anlayışı ilə daha da dərin məna kəsb edir. Azərbaycan bu gün öz torpaqlarında tam hakimiyyətini bərpa etmiş güclü dövlətdir. Bu nailiyyətlər Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilməsinin nəticəsidir. Müstəqilliyin və suverenliyin qorunması hər bir azərbaycanlının qürur borcudur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan xalqı 18 Oktyabr tarixini azadlıq və dövlət müstəqilliyinin rəmzi kimi qeyd edir. Bu tarix eyni zamanda xalqın dövlətçilik iradəsinin təntənəsidir. Bunun ardınca isə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində müstəqillik ideyası sabitlik və inkişafla müşayiət olundu. Ulu Öndər milli birliyi bərpa edərək dövlətin dayaqlarını möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyəyə yüksəldi. Prezident İlham Əliyevin 22 il ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional lider dövlətə çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə müstəqilliyin qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri isə bu Qələbəni yeni səviyyəyə yüksəltdi. Bu addımla Azərbaycanın suverenliyi tam bərpa edildi. Artıq ölkəmiz “Suverenlik Günü”nü dövlət müstəqilliyinin davamı kimi qeyd edir. Müstəqillik və suverenlik bir-birini tamamlayan milli dəyərlərdir. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Ulu Öndərin qoyduğu təməllər üzərində möhkəmlənib. Xalqımız bu dəyərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə qoruyur və gələcəyə inamla addımlayır.
“H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev vurğulayıb ki, 18 Oktyabr Azərbaycan tarixində azadlıq və milli iradənin bərpa olunduğu şərəfli gündür. Bu gün xalqımızın dövlətçilik yaddaşında müstəqillik ruhunun yenidən doğuluşunu simvolizə edir. Ulu Öndər Heydər Əliyev bu müstəqilliyi qorumağın və möhkəmləndirməyin memarı oldu. O, dövlətin siyasi sabitliyini, iqtisadi əsaslarını və beynəlxalq nüfuzunu təmin etdi. Ulu Öndr Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə öz sözünü deyən güclü dövlətə çevrildi. 2020-ci ildəki Zəfər bu gücün bariz ifadəsi idi. 2023-cü ilin antiterror tədbirləri isə bu Zəfəri tamamlayaraq ölkənin suverenliyini tam bərpa etdi. Bu hadisə dövlətçiliyimizin yeni mərhələsinə keçidin simvolu oldu. “Suverenlik Günü” anlayışı müstəqilliyimizin praktik təsdiqinə çevrildi. Azərbaycanın torpaqlarında artıq qanuni və tam dövlət hakimiyyəti təmin olunub. Bu, Prezident İlham Əliyevin milli iradəyə əsaslanan siyasətinin nəticəsidir. Bu gün xalqımız müstəqil və suveren dövlətin vətəndaşı olmağın fəxarətini yaşayır.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, müstəqilliyin bərpası və suverenliyin tam təmin olunması Azərbaycan tarixinin ən parlaq səhifələridir. 18 Oktyabr azadlıq, milli kimlik və dövlətçilik ruhunun yenidən dirçəlişidir. Ulu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun təməl prinsiplərini müəyyənləşdirərək xalqı sabitliyə və inkişafa yönəltdi. Onun siyasi irsi bu gün də dövlətin hər bir sahəsində yaşamaqdadır. Prezident İlham Əliyev bu irsi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirir. Müstəqil Azərbaycanın iqtisadi, diplomatik və hərbi qüdrəti bu siyasətin nəticəsidir. 2020-ci ildə qazanılan Qələbə milli birliyin və dövlət iradəsinin təntənəsi idi. 2023-cü ildə isə lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu hadisə tariximizə dövlətin bütün ərazilərimizdə tam hakimiyyətinin bərpası kimi yazıldı. Azərbaycan bu gün regionda sabitlik və inkişafın rəmzidir. Xalq və dövlət birliyi sayəsində müstəqilliyimiz sarsılmazdır. Ümummilli Lider Heydər Əliyev yolu bu birliyin ideya mənbəyi olaraq əbədi qalacaq. Azərbaycan bu gün tam müstəqil və suveren dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir.
Tədbirin sonunda fəxri fərmanlar təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.