Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı İncəsənət Məktəbi ərazi partiya təşkilatında Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Bərpa olunmuş müstəqillik,inkişafın və Zəfərin təməli"adlı konfrans keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və ərazilərimizin bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb,Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov açaraq 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti, bu günün Azərbaycan dövlətçiliyi tarixində tutduğu mühüm yer barədə çıxış edib.O qeyd edib ki, müstəqilliyimizin bərpası xalqımızın ən böyük zəfərlərindən biridir və bu zəfərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təməlini təşkil edir.
Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayevaya, Suvacal kənd orta məktəbinin direktoru Şəfiqə Qiyasova və YAP Qusar rayon təşkilatının gənc fəalı Rəhman Ağabalayev müstəqilliyimizin qorunmasında xalqımızın birliyinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığını vurğulayıblar.
Tədbir çərçivəsində İncəsənət Məktəbinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Reyhan Bağışovaya anadan olmasının 60 illiyi münasibətilə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Konfrans mədəniyyət işçilərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə başa çatıb.