PDF Oxu

Siyasət

  • 925

Qazaxıstanın Füzulidə inşa etdiyi məktəb – Türk birliyinin təcəssümü

image

Füzuli şəhərinin azad edilməsindən sonra aparılan yenidənqurma işlərində Türk dünyasının dəstəyi Azərbaycanın hər bir vətəndaşında dərin minnətdarlıq hissi doğurur. Xüsusilə Qazaxıstan Respublikasının Füzuli şəhərində məktəb inşa etməsi, bu bölgənin sosial və təhsil infrastrukturunun bərpasına verdiyi töhfə kimi qiymətləndirilməlidir. Qazaxıstanın bu təşəbbüsü Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlığının uğurlu nümunəsidir. İnşa edilən məktəb ən müasir təhsil standartlarına cavab verir, laboratoriyalar, kompüter otaqları, kitabxana və idman zalı ilə təchiz olunub. Bu layihə həm də bölgəyə qayıdan məcburi köçkün ailələrinin övladları üçün böyük imkanlar yaradır. Füzulidə təhsilin bərpası, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayacaq. Bu dəstək Qazaxıstan və Azərbaycanın təkcə siyasi müttəfiq deyil, həm də eyni mədəni, dini və tarixi dəyərləri paylaşan iki dost və qardaş xalq olduğunu sübut edir. Qazaxıstanın bu jesti Türk dövlətləri arasında yaranan güclü əməkdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu məktəb yalnız bir təhsil ocağı deyil, həm də Türk birliyinin canlı təzahürüdür.

Şamama Əmirova
YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT nin sədri
Laçın rayon 10 № li tam orta məktəbin direktoru

Digər xəbərlər