PDF Oxu

Siyasət

  • 1 085

Quruculuq və inkişaf mərhələsi

image

Füzuli şəhəri işğaldan azad edildikdən sonra dərhal genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Azərbaycan dövləti Füzulini müasir tələblərə cavab verən bir şəhərə çevirmək məqsədilə böyük layihələr həyata keçirir. İlk növbədə Füzuli Beynəlxalq Hava Limanı tikilmiş və qısa müddətdə istifadəyə verilmişdir. Bu hava limanı Qarabağ bölgəsinə açılan qapılardan biri olmaqla yanaşı, iqtisadi və turizm baxımından da böyük əhəmiyyətə malikdir. Şəhərdə yollar, elektrik xətləri, su-kanalizasiya sistemləri yenidən qurulur, ağıllı şəhər konsepsiyası tətbiq edilir. Evlərin, məktəblərin, xəstəxanaların tikintisi sürətlə davam edir. Məscidlər və tarixi abidələr də bərpa olunur. Bütün bu işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti ilə aparılır. Məqsəd Füzulidə insanlara rahat, təhlükəsiz və layiqli yaşayış şəraiti yaratmaqdır. Eyni zamanda, Füzuliyə geri qayıdan sakinlər üçün “Böyük Qayıdış” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində artıq minlərlə insan doğma yurduna qayıtmış, yeni evlərə yerləşmiş və təsərrüfat işlərinə başlamışdır. Füzuli bu gün dirçələn, yenidən doğulan bir şəhərdir. Müasir infrastruktur, yeni iqtisadi imkanlar və bərpa edilən mədəni irs bu torpaqların gələcəyinə olan böyük ümidləri özündə ehtiva edir. 17 Oktyabr Füzuli şəhəri günü təkcə bir tarix deyil, həm də bu dirçəlişin, milli qürurun və əbədi zəfərin simvoludur.

Vəsilə Məmmədova
YAP Laçın rayon təşkilatının 46 saylı ƏPT-nin sədr müavini

Digər xəbərlər