PDF Oxu

Siyasət

  • 1 351

Ağdamda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

image

17 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, YAP fəalları, qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlərdən Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Farid Muradov və digər natiqlər bu gün çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 34 illiyini qeyd etməsindən, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs etmişlər.

Digər xəbərlər