PDF Oxu

Siyasət

  • 538

Ağcabədidə Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir TƏDBİR

image

Oktyabr ayının 16-da Müstəqilliyin Bərpası Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər..Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Natiq çıxışında vurğuladı ki, məhz Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün bərpa olunmasının 34 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi RİH yanında İctimai şuranın sədri Vaqif Qarayev, 9 saylı Ərazi Partiya Təşkilatının sədri Rizvan Quliyev və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Aysel Əlizadə bildiriblər ki, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

YAP Ağcabədi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəaliyyətinə görə bir qrup partiya veteranına Fəxri Fərman və hədiyyələri təqdim edildi.

Təltif edilənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.

Digər xəbərlər