PDF Oxu

Siyasət

  • 577

Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının nümayəndələri, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və Partiya fəalları iştirak edib.

Aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin artırılması ilə ekoloji tarazlığın qorunmasını təmin etmək, eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.

Digər xəbərlər