PDF Oxu

Siyasət

  • 720

Prezident İlham Əliyevin azad Zəngilana tarixi səfərləri

image

Zəngilanın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin bu rayona bir neçə səfəri baş tutdu. Bu səfərlər çərçivəsində rayonun yenidən qurulması və bərpası üçün mühüm layihələrə start verildi. 2021-ci ilin 20 oktyabrında Prezident Zəngilanda “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Ağalı kəndində oldu, Zəngilan Beynəlxalq Hava Limanı və digər infrastruktur layihələri ilə tanış oldu. Həmin gün “Azərenerji” ASC-nin yeni yarımstansiyasının açılışı da keçirildi. 26 oktyabrda isə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və “Dost Aqropark”ın təməli qoyuldu. 2022-ci ilin may ayında baş tutan səfər zamanı Prezident Zəngilan Beynəlxalq Hava Limanının və yeni tikilən məscidin inşaat işlərinə baxış keçirdi. Həmçinin “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışında iştirak etdi. Bu layihə Zəngilanın Ağalı kəndində müasir texnologiyalara əsaslanan, innovativ idarəetmə prinsipləri ilə qurulmuş yeni yaşayış məntəqəsinin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində kənddə müasir məktəb, uşaq bağçası, tibb məntəqəsi, kənd təsərrüfatı sahələri, sosial obyektlər və yaşıl enerji ilə təchiz olunmuş evlər inşa olunmuşdur. Prezident İlham Əliyev burada çıxışı zamanı vurğulamışdı ki, Zəngilanın dirçəlişi Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərinin yenidən qurulması prosesinin parlaq nümunəsidir. Bu səfərlər həm də ölkə rəhbərliyinin Zəngilanın inkişafına verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Zəngilan tədricən Azərbaycanın cənub-qərb qapısına çevrilir. Zəngilan Beynəlxalq Hava Limanının açılması, “Ağıllı kənd” və “Dost Aqropark” layihələri regionda sosial-iqtisadi inkişafı sürətləndirəcək, əhalinin geri qayıdışı və daimi məskunlaşması üçün bütün şəraiti yaradacaq. Azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır və Zəngilan bu dirçəlişin öncül nümunələrindən biri kimi tarixə düşür.


Təbriz Nəsibli
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü

Digər xəbərlər