PDF Oxu

Siyasət

  • 548

Zəfərin Zəngilan səhifəsi

image

2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan rayonunu düşmən işğalından azad etdi. Bu tarix Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. 27 illik həsrətdən sonra Zəngilan torpağına qayıdış reallaşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu sürətlə irəliləyərək işğal altındakı əraziləri azad etdi. Zəngilanın azad olunması əməliyyatı həm strateji, həm də simvolik baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu rayonun azad edilməsi ilə Ermənistanın Cənub dəhlizindəki hərbi mövqeləri zəiflədildi, eyni zamanda, Zəngəzur dəhlizinin açılması üçün real zəmin yaradıldı. 20 oktyabr bu gün artıq Zəngilan şəhəri günü kimi qeyd olunur və Azərbaycan xalqı bu günü böyük iftixarla, qürurla xatırlayır. Zəfər günü təkcə qələbənin deyil, həm də doğma yurdun bərpasının, həyatın yenidən dirçəlişinin başlanğıcı oldu.

Zəravənd Quliyev
YAP Laçın rayon təşkilatının 44 saylı ƏPT-nin sədri

Digər xəbərlər