PDF Oxu

Siyasət

  • 428

Mingəçevirdə “Ümumdünya statistika günü” münasibəti ilə tədbir keçirilib FOTOLAR

image

20 oktyabr 2025-ci il tarixdə Mingəçevir şəhər statistika idarəsinin akt zalında “Ümumdünya statistika günü” və Azərbaycanda rəsmi statistikanın yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Fərid Məmmədov, İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi – Elnur Əhmədov, İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi – Nəriman İsmayılov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru – Fərman Nəbiyev, mi-news.az səhifəsinin redaktoru – Yeganə Nəbiyeva, hüquqşünas və mediator İsmayıl İsmayılov, Mingəçevir Resurs Mərkəzinin ictimaiyyətlə əlaqələr meneceri – Elvira Əsgərova, “Mingəçevir” qəzetinin əməkdaşı – Mətanət Məmmədova və statistika idarəsinin əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər statistika idarəsinin rəisi Etibar Kərimov Azərbaycanda rəsmi statistikanın keçdiyi şanlı 105 ildən ətraflı məlumat verdi. O, qarşıda duran vəzifələri qeyd edərək, idarənin əməkdaşlarını “Ümumdünya statistika günü” və Azərbaycanda rəsmi statistikanın yaranmasının 105-ci ildönümü münasibətilə təbrik etdi. Çıxışında statistika orqanlarının əsas vəzifəsinin ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistika məlumatlarının vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılması olduğunu qeyd etdi.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Fərid Məmmədov ilk öncə şəhər İcra Hakimiyyəti başçısı cənab İlham İsmayılovun statistika idarəsinin əməkdaşlarına təbrikini çatdırdı. Çıxışında şəhər İcra Hakimiyyəti Aparatı ilə statistika idarəsinin qarşılıqlı-əlaqəli işini qeyd etdi.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru – Fərman Nəbiyev çıxışında statistik hesabatların təqdim olunmasında "Digital login" sisteminin tətbiqindən danışdı.

Yeganə Nəbiyeva çıxışında statistika idarəsinin mi-news.az səhifəsində mütamadi olaraq Mingəçevir şəhərinin sosial, iqtisadi inkişafı haqqında statistik məlumatlar yerləşdirdiyini bildirərək, onlara gələcək işlərində uğurlar arzuladı.

Tədbirin sonunda şəhər statistika idarəsinin rəhbərliyi tərəfindən əməkdaşlara təşəkkürnamə təqdim olundu.

Digər xəbərlər