PDF Oxu

Siyasət

  • 1 446

“Əbədi müstəqillikdən əbədi suverenliyə”

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir şəhərində fəaliyyət göstərən Milli Qəhrəman Şahlar Şükürov adına 35 nömrəli Kəlbəcər rayon tam orta məktəbində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Əbədi müstəqillikdən əbədi suverenliyə” adlı tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın ən böyük tarixi nailiyyəti olduğunu vurğulayıb. O bildirib ki, “Əbədi müstəqillikdən əbədi suverenliyə” gedən yol ölkəmizin milli iradəsinin, siyasi qətiyyətinin və xalq-dövlət birliyinin parlaq göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyası və bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyi və suverenliyini tam bərpa etdiyi xüsusi qeyd olunub. Həbib Misirov əlavə edib ki, bu illər ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, dövlətçilik ənənələri və milli birlik əbədi zəmin üzərində möhkəmlənmişdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və balanslı xarici siyasət yürüdür, beynəlxalq aləmdə nüfuz sahibi olan güclü və etibarlı dövlət kimi tanınır.
Tədbirdə məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Elşən Əzim, müəllimlər Camal Sarıyev, Samir Şükürov, Mətanət Albəndəyeva və digər çıxış edənlər 18 oktyabr 1991-ci il tarixində qəbul edilən “Müstəqillik haqqında Konstitusiya Aktı”nın Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün yalnız tarixi qələbə və milli azadlıq günü deyil, həm də dövlətçiliyin möhkəmlənməsinin, suverenliyin qorunmasının və gələcək nəsillərə ötürülməsinin rəmzidir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın tam suveren, müstəqil və beynəlxalq aləmdə nüfuz sahibi olan güclü bir dövlətə çevrildiyi vurğulanıb.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, bir qrup partiya fəalına isə fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər