Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.
Azərbaycan ilə Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlığın spektri çox genişdir. Biz ticari-iqtisadi qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirərək ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir.
Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.
Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, Azərbaycan ilə Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlığın əhatə dairəsi çox genişdir. Qarşılıqlı ticarət və iqtisadi əlaqələrin davamlı artımını məmnuniyyətlə qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, müxtəlif iqtisadi sektorlar üzrə əməkdaşlığı genişləndirir. Bu irəliləyiş hökumətin məqsədyönlü siyasəti, biznes dairələrinin nümayəndələri arasında fəal dialoq və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üzrə ümumi öhdəlik sayəsində mümkün olub.Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri