Məlumdur ki, Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlığa böyük önəm verir və Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi naminə qətiyyətli və məqsədyönlü siyasət həyata keçirir. Yeri gəlmişkən, bu siyasət çərçivəsində ölkəmiz regional əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhlükəsizlik məsələlərinin gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür. Türk Dövlətləri Təşkilatı təkcə regional sülh və sabitliyin təminatçısı deyil, həm də qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün strateji platformadır. Bu mövqeyini daha da möhkəmləndirən Azərbaycan regionda həm siyasi, həm də iqtisadi güc kimi yüksəlir və beynəlxalq arenada öz təsir dairəsini genişləndirir. Azərbaycanın bu qətiyyətli və davamlı siyasəti Türk dünyasının birliyini təmin etməklə yanaşı regionun gələcək inkişafına istiqamət verən əsas dayaqlardan birinə çevrilir. Qurumun yüksək səviyyəli toplantılarının Azərbaycanda keçirilməsi təkcə coğrafi və texniki seçim deyil, Prezident İlham Əliyevin Türk dünyasında formalaşdırdığı siyasi etimadın, liderlik nüfuzunun və prinsipial mövqeyinin real təsdiqidir. Məhz ölkəmizin başçısınım təşəbbüskarlığı və strateji baxışı nəticəsində Azərbaycan bu təşkilat çərçivəsində mühüm qərarların qəbul edildiyi, ideyaların formalaşdığı və birliyin gücləndiyi əsas mərkəzlərdən birinə çevrilmişdir. Bu, həm də Türk dünyasında Azərbaycanın rolunun sadəcə iştirakçı yox, istiqamətverici gücə çevrildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən ardıcıl və milli maraqlara söykənən xarici siyasət Azərbaycanın həm regional, həm də qlobal miqyasda söz sahibinə çevrilməsini təmin etmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Türkdilli ölkələrlə əlaqələrin sistemli şəkildə dərinləşdirilməsi Azərbaycan Respublikasının xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin türkdilli dövlətlərə mütəmadi və məqsədyönlü səfərləri təkcə dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi deyil, həm də Türk Dövlətləri Təşkilatının geosiyasi çəkisinin artırılması strategiyasının tərkib hissəsidir.
Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin Qazaxıstana son rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu səfər Azərbaycanın təşkilat daxilində koordinasiyaedici və istiqamətverici rolunun praktik təzahürü olmaqla yanaşı dövlətimizin başçısının Türk dünyasında vahid mövqenin formalaşdırılması və strateji inteqrasiyanın təmin olunması istiqamətində liderlik iradəsinin növbəti nümayişi kimi yadda qaldı. Səfər çərçivəsində imzalanmış sənədlər, keçirilmiş yüksək səviyyəli görüşlər və verilmiş siyasi mesajlar göstərdi ki, Azərbaycan artıq Türk Dövlətləri Təşkilatında yalnız fəal iştirakçı deyil, proseslərə yön verən, inteqrasiyanı təşviq edən və birliyi strateji gücə çevirən əsas aktor kimi çıxış edir. Ölkə başçısının siyasi xətti bu təşkilatın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir və bu yanaşma Türk dünyasının regional güc mərkəzinə çevrilməsi yolunda mühüm addım hesab olunur. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının institusional inkişafı, strateji əməkdaşlığın dərinləşdirilməsi və üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
Ən əsası, Ölkəmizin TDT çərçivəsində artan rolu bu liderliyin real nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri isə bu siyasi xəttin davamı və türk dünyasının birliyi naminə atılmış növbəti mühüm addım kimi yadda qaldı.
Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı