PDF Oxu

Siyasət

  • 1 362

“Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”

image

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilir. SİA xəbər verir ki, konfransda parlamentin komitə sədrləri və deputatlar, hökumət nümayəndələri, iqtisadi qurumların rəhbərləri, elmi-tədqiqat institutlarının təmsilçiləri və mütəxəssislər iştirak edirlər.Tədbirdə dövlət suverenliyinin iqtisadi dayaqlarının gücləndirilməsi, milli iqtisadi təhlükəsizliyin təmin olunması və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi yolları müzakirə olunur. Çıxış edənlər Azərbaycanın son illərdə iqtisadi sahədə qazandığı nailiyyətlərdən və gələcək hədəflərdən danışıblar.

Digər xəbərlər