“Azərbaycanın xarici siyasəti milli maraqlara, müstəqilliyin qorunmasına və beynəlxalq əməkdaşlığa əsaslanan praqmatik prinsiplər üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi bu siyasətin əsas prioritetləri suverenliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, regional sülh və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat diplomatiyası vasitəsilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsidir. Bu strategiyanın mərkəzində Azərbaycanı həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi formalaşdırmaq məqsədi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.O bildirib ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl uğurlu xarici siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq münasibətlər sistemində özünəməxsus, müstəqil, balanslı və praqmatik mövqe qazanmışdır: “Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənmiş, strateji tərəfdaşlıq münasibətləri formalaşmış, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu layihələr – Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur dəhlizi layihəsi və digərləri – təkcə iqtisadi deyil, həm dəsiyasi anlamda ölkəmizi regionun aparıcı gücünə çevirmişdir.Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlığın sintezini təmin edir. Onun diplomatik fəaliyyətində sülh, qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və ədalətli münasibətlər əsas xətt kimi çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan balanslaşdırılmış şəkildə həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibət lərqurmuş, BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatıvə bu kimi qurumlarda fəal və hörmətli mövqe qazanmışdır.Məhz bu uğurlu və çoxvektorlu siyasətin davamı kimi 15 gün ərzində Prezident İlham Əliyevin Nyu-York, Kopenhagen, Qəbələ və Şarm əl-Şeyx şəhərlərində keçirilmiş dörd böyük beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çevikliyinin yeni mərhələyə keçdiyini göstərdi. Bu zirvələr bir-biri ilə məntiqi zəncir kimi bağlı olub, Azərbaycanın müasir xarici siyasət prioritetlərinin konkret təzahür formalarına çevrildi.Sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, regionda sülhün və inkişafın təşəbbüskarı kimi rolunu bir daha dünyaya nümayiş etdirdi. Bu çıxış həm dəAzərbaycanın 44 günlük Zəfərdən sonra formalaşdırdığı yeni reallıqların beynəlxalq səviyyədə təqdimatı idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda dayanıqlı sülhə nail olmaq, Cənubi Qafqazı əməkdaşlıq və təhlükəsizlik məkanına çevirmək niyyətindədir. Bu mesajlar Azərbaycanın diplomatiyasında sülhün və sabitliyin prioritet mövqe tutduğunu sübut etdi. Eyni zamanda çıxışda enerji, nəqliyyat, ekoloji və iqtisadi məsələlərə toxunulması Azərbaycanın qlobal çağırışlara cavab verən, bəşəri dəyərləri önə çəkən bir dövlət olduğunu göstərdi.Oktybarın 2-də Danimarkada keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsində mühüm addım oldu. Avropa qitəsində təhlükəsizlik, enerji və sabitlik məsələlərinin müzakirə olunduğu bir vaxtda Azərbaycan bu dialoqun mərkəzində idi. Prezident İlham Əliyev bu platformada Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqətə çatdırdı, regionda sabitliyin təmin olunmasının Avropa üçün də strateji əhəmiyyət daşıdığını vurğuladı. Danimarkadakı görüşlər zamanı Prezident İlham Əliyevin Avropa liderləri ilə apardığı danışıqlar Azərbaycanın etibarlı, məsuliyyətli və müstəqil tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut etdi. Bu, həm də Azərbaycanın enerji diplomatiyasının uğurlu təzahürü idi. Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacının artdığı bir dövrdə Azərbaycan bu sahədə strateji əhəmiyyətli oyunçuya çevrilib.Oktybarın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü isə Azərbaycan diplomatiyasının milli-mədəni istiqamətini və türk dünyasında artan liderliyini göstərdi. Bu tədbir təkcə təşkilati zirvə deyil, həm dətürk birliyinin siyasi, iqtisadi və mənəvi baxımdan dərinləşdirilməsi üçün mühüm platforma idi. İlham Əliyevin Qəbələdə səsləndirdiyi fikirlər – türk dövlətlərinin birliyinin gücləndirilməsi, ortaq layihələrin inkişafı, müdafiə və iqtisadi inteqrasiyanın genişləndirilməsi – Azərbaycanın türk coğrafiyasındakı nüfuzunun artmasına xidmət etdi. Bu zirvə həm dəAzərbaycanın Qərb və Şərq arasında strateji körpü rolunu bir daha nümayiş etdirdi. Qəbələnin ev sahibliyi etdiyi belə bir tədbir Azərbaycanın həm siyasi, həm də mədəni liderlik statusunu təsdiqlədi.Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti isə Prezident İlham Əliyevin qlobal diplomatiyadakı çevikliyini və uzaqgörənliyini nümayiş etdirdi. Qəzza və Orta Şərqdə baş verən hadisələr bütün dünyanın diqqət mərkəzində olduğu bir vaxtda Azərbaycanın sülh təşəbbüslərinə dəvət alması ölkəmizin beynəlxalq miqyasda etimad qazandığını göstərir. Prezident İlham Əliyevin bu sammitdə iştirakı– humanitar dəyərlərin qorunması, beynəlxalq hüququn aliliyinə hörmət və sülhün bərpası yönündə çağırışlar ilə müşayiət olunmaqla Azərbaycanın humanist və balanslı diplomatiyasının bariz nümunəsi idi. Bu sammitdə iştirak AzərbaycanıYaxın Şərqdə sülh və sabitliyin dəstəkləyicisi kimi təqdim etdi, eyni zamanda ölkəmizin beynəlxalq etibarını artırdı.15 gündə keçirilmiş bu dörd zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı və çıxışları Azərbaycanın uğurlu xarici siyasət fəlsəfəsinin praktiki reallaşması kimi qiymətləndirilməlidir. Bu iştiraklar və çıxışlar Azərbaycanın beynəlxalq gündəmdə aktiv oyunçuya çevrildiyini, müxtəlif regionlarda – Avropada, Asiyada, Yaxın Şərqdə və türk dünyasında – paralel diplomatik xətt yürütmək gücünə malik olduğunu sübut etdi. Hər bir sammitdə səslənən mesajlar ümumi bir ideyaya xidmət edirdi: Azərbaycanın suveren, etibarlı, sülhsevər və inkişaf yönümlü dövlət kimi beynəlxalq sistemdə öz yerini möhkəmləndirmək.Prezident İlham Əliyevin diplomatik fəallığı təkcə ölkənin beynəlxalq nüfuzunu artırmır, həm də daxili sabitlik və iqtisadi yüksəliş üçün əlverişli şərait yaradır. Çünki xarici siyasət uğurları iqtisadi investisiyaların artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə və milli maraqların qlobal səviyyədə qorunmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi nailiyyətlər, Prezident İlham Əliyevin fəal diplomatiyası sayəsində ölkəmizin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici daha da möhkəmlənmişdir.Qeyd etmək lazımdır ki, 15 günün diplomatik panoraması Azərbaycanın xarici siyasət prioritetlərinin uğurlu tətbiqinin bariz nümunəsidir. Prezident İlham Əliyevin BMT, Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və Sülh Sammiti kimi dörd mühüm beynəlxalq platformada iştirakı Azərbaycanın çoxvektorlu diplomatiyasını, qlobal məsuliyyətini vəsülh yönümlü siyasətini parlaq şəkildə nümayiş etdirdi. Bu zirvələr bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq miqyasda da sülh, təhlükəsizlik və inkişafın təminatçısı olan nüfuzlu dövlətdir. Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara söykənən və beynəlxalq prinsiplərlə uzlaşan siyasəti Azərbaycanın gələcək illərdə də qlobal arenada daha güclü və nüfuzlu mövqe tutacağının təminatıdır”.
Müəllif: Səbinə Hüseynli