PDF Oxu

Siyasət

  • 470

Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığının strateji əhəmiyyəti

image

Azərbaycan türk dövlətləri ilə balanslaşdırılmış siyasət apararaq tarixi qardaşlıq və dostluq münasibətlərini inkişaf etdirir. Ortaq kökə, mədəniyyətə və ənənələrə malik olduğumuz Qazaxıstanla yüksək səviyyəli əlaqələrimiz də bu siyasətin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında siyasi əlaqələrin qarşılıqlı etimad ilə xarakterizə olunduğunu vurğulayaraq bu əlaqələrin geniş spektrini şərh etdi.

Ölkə başçısı müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığının iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətinə də diqqət çəkdi: İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Ərazilərimizdən keçən Orta Dəhliz davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

Azərbaycanla Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi qarşıya qoyulan hədəflər sırasındadır. Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşən hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

Akif ƏLİYEV

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər