PDF Oxu

Siyasət

  • 1 045

“Ticarət dövriyyəsində müsbət dinamika olsa da, göstəricilər iki ölkəni qane etmir” - NAZİR

image

“Azərbaycan Respublikası ilə hər zaman Estoniya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri olub. 2024-cü ildə siyasi məsləhətləşmələr keçirilmişdi, bu gün isə 2026-cı il ilə əlaqədar məsləhətləşmələrin Bakıda keçirilməsi qərarına gəldik”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, parlamentlərarası əlaqələrin inkişafı iki ölkə arasındakı əlaqələrin inkişafından xəbər verir: “2022-ci ildə parlamentlərin spikerləri tərəfindən qarşılıqlı səfərlər baş tutmuşdu. Həmçinin bugünkü müzakirələr kontekstində iqtisadi əməkdaşlıq mövzularına toxunduq: “Ticarət dövriyyəsində müsbət dinamika olsa da, amma bu göstəricilər iki ölkəni də qane etmir. Qeyd etmək lazımdır ki, Azərbaycanda 60-dan artıq Estoniya şirkəti qeydiyyatdan keçib. Yüksək texnologiyalar, təhsil, logistika sahələri üzrə mühüm əməkdaşlıq layihələri həyata keçirilir. Bu il 373 Azərbaycan vətəndaşı Estoniya ali təhsil müəssisələrində təhsil alır. Bu da Estoniyanın təhsil sahəsinin inkişafından xəbər verir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər