PDF Oxu

Siyasət

  • 951

Qubadlı Zəfərin qüruru, qayıdışın müjdəsidir

image

Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında qürurla, şərəflə, Zəfər ruhu ilə anılır. 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu Qubadlını və onun kəndlərini işğaldan azad etməklə, Şərqi Zəngəzurun xilası yolunda böyük bir səhifə açdı. Beş il əvvəl bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bu müjdəni paylaşaraq yazmışdı:

“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Bu xəbər Vətən müharibəsinin 29-cu günündə xalqımıza verilən ən böyük Zəfər müjdələrindən biri idi. Qubadlı əməliyyatı yalnız bir şəhərin azadlığı deyil, həm də düşmənin strateji mövqelərinin sarsıdılması, ovaxtkı Laçın dəhlizinə nəzarətin təmin edilməsi demək idi. Cəbrayıl və Zəngilan istiqamətində parlaq hərbi əməliyyatlar Qubadlıya gedən yolun açılmasını təmin etmişdi. Azərbaycan Ordusunun bölmələri Yazı düzü istiqamətindən irəliləyərək düşmənin 21 səngərini ələ keçirdi, Qubadlı şəhərinə və ətraf kəndlərə nəzarəti bərpa etdi. Oktyabrın 23-də Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı, Zilanlı, iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Sarıyataq, Yusifbəyli, Padar və Xanlıq kəndləri işğalçılardan təmizləndi. Bu uğurlu əməliyyat zamanı bölgənin ən gərgin döyüşlərindən biri Yazı düzü yüksəkliyində gedirdi. Cənab Prezident İlham Əliyev bu əməliyyatın əhəmiyyətini belə ifadə etmişdi: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.” Qubadlının azadlığı Şuşaya gedən qələbə yolunun ən parlaq həlqəsi oldu.

Qubadlının azad edilməsindən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bu torpaqlara səfər ediblər. Hər səfər bir mərhələnin, bir inkişaf dövrünün təntənəsi kimi tarixə yazılıb.

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər