2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi.
Bu mühüm hadisə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə və iki qardaş dövlətlərin ortaq strateji hədəflərin dəqiqləşməsi və Türk dünyasında birliyin güclənməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.
Qazaxıstanın indiki dövrdə gördüyümüz inkişafı və müasirliyi ilə Türk dünyasında böyük rol oynayır. Belə ki Prezidentimiz İlham Əliyev iclasda çıxışı zamanı Qazaxıstanın son illərdə əldə etdiyi sürətli inkişafı, iqtisadi sabitliyi və modernləşmə siyasətini yüksək qiymətləndirdi.Cənab Prezidentimiz vurğuladı ki, Prezident Tokayevin rəhbərliyi ilə Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, ümumilikdə Avrasiya bölgəsində sabitlik və tərəqqi modeli kimi tanınmaqdadır.Həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Qazaxıstanın xarici siyasətində ən mühüm və prioritet istiqamətlərdən biridir.Bu fikirlər bir daha göstərir ki,Azərbaycan və Qazaxıstan münasibətləri artıq adi diplomatik tərəfdaşlıq ölçüsündə deyil.Bu əlaqəmiz artıq dərin mənəvi və həmçinin tarixi köklərə əsaslanan qardaşlıq münasibətlərinə çevrilib.İclasda diqqət mərkəzində dayanan əsas mövzulardan biri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının bir-birinə daha sıx bağlanması məsələsi idi.Prezidentlər həmçinin qeyd etdilər ki, bu gün Azərbaycan və Qazaxıstan ölkələri arasında yalnız enerji və ticarət tərəfdaşları deyil,həm də Avrasiya məkanında strateji körpü rolunu oynayan iki önəm kəsb edən dövlətdir.Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr regionu birləşdirən əsas yollara çevrilib.Bu nəqliyyat xətləri Avropanı Asiya ilə birləşdirərib,Türk dövlətlərinin həm iqtisadi cəhətdən və həmdə siyasi yaxınlaşmasına real zəmin yaradır.Tokayev də bu fikri dəstəkləyərək qeyd etdi ki, Qazaxıstan və Azərbaycan Türk dünyasının qərb və şərq qapıları kimi fəaliyyət göstərir,və göstərməyə davam edəcək.Bu sözlərdən belə bir qənaətə gəlmək olarki bu iki ölkənin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin mühüm dayağıdır.Astana görüşü çərçivəsində iki dövlət arasında bir sıra mühüm və iki ölkənin inkişafında mühüm rol oynayan sənədlər imzalandı.Bunlara aşağıdakılar daxildir:
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsi haqqında Birgə Bəyanat Ali Dövlətlərarası Şuranın qərarları hansı ki, enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı gücləndirir.Nazirliklər və dövlət qurumları arasında əməkdaşlıq memorandumu – iqtisadi, elmi və texnoloji əlaqələrin genişləndirilməsini nəzərdə tutur.Bu sənədlər ancaq iki ölkə arasında əlaqələrin sadəcə siyasi deyil, həm də iqtisadi və texnoloji müstəvidə dərinləşəcəyini göstərir.Həmçinin iclas əsnasında
Prezidentimiz İlham Əliyev Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkür etdi. O, bu münasibətləri “əsl dostluq və qardaşlığın nümunəsi” kimi adlandırıb.Bu iki dövlət arasındakı əlaqələr Türk birliyi ideyasının praktik təzahürüdür.
Azərbaycan və Qazaxıstan münasibətləri bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində də mühüm strateji əhəmiyyət daşıyır.
Hər iki ölkə Türk dünyasının siyasi birliyinin, mədəni inteqrasiyasının və iqtisadi əməkdaşlığının əsas dayaqlarındandır.Bu gün Bakı və Astana birgə təşəbbüslərlə Türk dövlətlərini birləşdirən yeni reallıqlar formalaşdırır.
Beləliklə, Astana görüşü sadəcə ikitərəfli diplomatik bir hadisə deyil, həm də Türk birliyinin daha real və praktik müstəviyə keçməsinin göstəricisidir.
2025-ci ilin oktyabrında Astanada baş tutan Azərbaycan–Qazaxıstan görüşü iki ölkə arasında münasibətləri yeni strateji mərhələyə daşıdı.
Bu görüş sübut etdi ki, Bakı və Astana yalnız iqtisadi və siyasi tərəfdaş deyil, bir ideya, bir mədəniyyət və bir gələcək vizionunun daşıyıcılarıdır.
Bu gün Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan bu əməkdaşlıq xətti təkcə iki ölkəni yox, bütün Türk dünyasını birləşdirən sülh, sabitlik və tərəqqi körpüsünə çevrilir.
Azərbaycan və Qazaxıstan – ortaq köklər, dostluq və qardaşlıq üzərində qurulmuşdur və bu əlaqələrin sayəsində – Türk birliyinin gələcək nəsillər üçün möhkəm təməlini yaradır.
Biz gənclər olaraq bu işıqlı gələcəyimiz üçün Türk dünyasının gənci olaraq Cənab Prezidentimiz İlham Əliyevin ətrafında birləşməli və dövlətimizə sonsuz dəstəyimizi göstərməliyik!
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı