Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun idarə, müəsissə və təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəmkir şəhər parkına rayonun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar əkilib.
Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyan aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib.
Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.