Sahəsi 80250 ha olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ermənistan Respublikası ilə (120 km) Xocavənd rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.
“1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 minə yaxın Qubadlı sakini məcburi köçkünə çevrilib.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub.Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ənənəyə sadiq qalaraq, azad olunmuş ərazilərimizə səfər etdi. Yerli ictimaiyyətlə görüşdə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla bağlı dövlət başçısı mühüm mesajlar verdi. Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq. İşğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik. Son bir il ərzində Qubadlıda həyata keçirilən bərpa-quruculuq işlərinə gəlincə, ilk növbədə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışını qeyd etməliyik. Bu, ilk növbədə Azərbaycanın öz sərhədlərində möhkəmləndiyini göstərir. Yeni kompleksin döyüş texnikası parkında müasir silah sistemlərinin mövcudluğu isə Azərbaycanın hərbi qüdrəti və sərhədlərimizin etibarlı qorunmasının göstəricisidir.
Digər azad edilmiş torpaqlarda olduğu kimi Qubadlıda da quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri icra olunmaqdadır. “Qubadlı” yarımstansiyası da daxil olmaqla artıq azad olunmuş bölgələrimizdə 7 yarımstansiya istifadəyə verilib ki, bu da işğaldan azad edilmiş ərazilərin 90 faizinin artıq Azərbaycanın ümumi enerji sisteminə qoşulması deməkdir. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun. Üstəlik, Qubadlı böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri vardır. Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə biz su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ ilə Qubadlı sakinlərinin də bu bölgəmizin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatını sədri