PDF Oxu

Siyasət

  • 598

Şəmkir rayonunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

Aksiyada Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonun idarə-müəsissə təşkilat rəhbərləri, İcra Hakimiyyəti və partiyanın rayon təşkilatının əməkdaşları, partiya fəalları iştirak etdilər.

Şəmkir Şəhər Parkına rayonumuzun iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar və kollar, yeni növ iynəyarpaqlı ağaclar əkildi.

Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görüldü, yaşıllıqların suvarılması təmin edildi. Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi nəzərdə tutulur.

Zəfər bayramı münasibəti ilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, bu gün Şəmkirdə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Digər xəbərlər