PDF Oxu

Siyasət

  • 417

Yenilməz Azərbaycan Ordusu

image

44 günlük Vətən müharibəsi yenilməz Azərbayan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər günü tariximizə Zəfər səhifəsi kimi yazaraq xalqımızı daha da ruhlandırır, ərazi bötüvlüyümüzün bərpa olunacağına, soydaşlarımızın torpaq həsrətinə son qoyulacağına inamı artırırdı. İşğaldan azad edilən Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında rəşadətli ordumuz tərəfindən mənfur düşmənlərdən təmizləndi. Qazanılan şanlı Qələbə böyük qəhrəmanlığın, şücaətin, torpaq, Vətən sevgisinin sayəsində, neçə-neçə Vətən övladlarının şəhidlik zirvəsinə ucalması ilə əldə edildi.

Qarabağ münaqişəsinin həllini 30 ilə yaxın uğursuz vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan gözlədik. Lakin Azərbaycan dövləti yalnız gözləməklə kifayətlənmədi. Həm iqtisadi qüdrətini artıraraq bütün sahələrdə, o cümlədən ordu quruculuğunda davamlı uğurlara imza atdı, eyni zamanda diplomatik mübarizədə qələbəmizi təmin etmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatını uğurla davam etdirdi. Ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən bəzi dünya güclərinə cavab olaraq bildirildi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı.

Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə strateji yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən, əlverişli movqelərdən istifadə edərək ordumuzun irəliləməsinə maneə yaradirdilar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəklikləri işğaldan azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qubadlı şəhərini işğaldan azad etməklə şanlı qələbəmizin yeni bir tarixini yazdı. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

30 il əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar.

İntiqam QULİYEV

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər