PDF Oxu

Siyasət

  • 1 335

"Azərbaycan cəmiyyətinin, dövlətinin ardıcıl və konstruktiv addımları..." - POLİTOLOQ AÇIQLADI

image

"İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə keçirilən görüş, son illərdə ən diqqətəlayiq ictimai diplomatiya təşəbbüslərindən biri kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu tip formatların siyasi səviyyədən fərqli olaraq əsas üstünlüyü ondadır ki, onlar xalqlar arasında etimadın bərpasına yönəlir, emosional və psixoloji baryerləri yumşaldır: "Əslində, bu görüşlər rəsmi danışıqlara alternativ deyil, onların sosial təməlini formalaşdıran, yəni “xalq diplomatiyasını” gücləndirən proseslərdir. Sülh müqaviləsi sənəd üzərində imzalanmadan əvvəl, onun ictimai şüurda qəbul olunması vacibdir. Etimadın qurulmadığı yerdə heç bir sənəd uzunömürlü olmur. Məhz buna görə də bu formatlar sülh prosesinin “siyasi yox, sosioloji mərhələsi” kimi dəyərləndirilməlidir.Diqqətəlayiq məqam odur ki, görüş İrəvanda baş tutdu. Bu, Ermənistan tərəfinin prosesə daha açıq yanaşmağa başladığını göstərir. Lakin bu açılış təkbaşına mümkün deyil. Azərbaycan cəmiyyətinin və dövlətinin ardıcıl və konstruktiv addımları bu mühitin yaranmasına real zəmin yaradıb. Bakı artıq uzun müddətdir ki, bölgədə dialoq və əməkdaşlıq mədəniyyətini təşviq edən tərəf kimi çıxış edir.Etimad quruculuğu görüşləri yalnız emosional barış deyil, həm də praktiki nəticələr doğurmalıdır. Gələcəkdə sərhədyanı bölgələrdə birgə sosial layihələr, mədəni və elmi mübadilələr bu prosesin davamı kimi reallaşdırılsa bu, regionda dayanıqlı sabitliyin əsasını qoya bilər. Ümumilikdə, İrəvanda keçirilən bu görüş diplomatiyanın insan üzü olan hissəsidir – yəni siyasətin “emosional diplomatiya” mərhələsi. Bu mərhələnin təşəbbüskarlarından biri kimi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı Bakının regional sülh gündəminin ideya və ruh baxımından nə qədər güclü olduğunu bir daha təsdiqlədi".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər