“Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə ikitərəfli münasibətlərin deyil, bütün türk dünyasının gələcək inteqrasiyasının istiqamətini müəyyənləşdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Politoloq bildirib ki, Astanada keçirilən görüşlərdə əsas diqqət Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika əməkdaşlığı və enerji təhlükəsizliyinə yönəlib: “Azərbaycan və Qazaxıstan bu dəhlizi Avrasiya məkanında alternativ strateji xəttə çevirməklə regionun iqtisadi xəritəsini yenidən formalaşdırır.Səfərin ideoloji tərəfi də diqqətəlayiqdir. Qəbələ sammitində vurğulanan “vahid türk gücü” ideyası artıq real layihələr üzərindən reallaşmağa başlayıb. Xəzər dənizinin ekoloji bərpası, regional təhlükəsizlik və sülh təşəbbüsləri istiqamətində razılaşdırılmış addımlar regionda uzunmüddətli sabitliyin əsasını qoyur.Astana səfəri göstərdi ki, Azərbaycan diplomatiyası artıq təkcə regional deyil, qlobal səviyyədə balans yaradan oyunçuya çevrilib. Bakı və Astana arasında formalaşan strateji tərəfdaşlıq türk dünyasında iqtisadi asılılığı azaldan, siyasi həmrəyliyi möhkəmləndirən yeni mərhələnin başlanğıcıdır”.