PDF Oxu

Siyasət

  • 1 019

TÜRKPA və TİF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

image

Oktyabrın 27-də İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdad Amreyev ilə görüşüb. TÜRKPA-dan SİA-ya bildirilib ki, vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Baş katibə təbriklərini çatdıran B.Amreyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb. TİF-in prezidenti TÜRKPA nümayəndə heyətinə fondun məqsədləri barədə məlumat verib. O, həmçinin TİF-in türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və investisiya əlaqələrinin gücləndirilməsində rolunu vurğulayaraq, ortaq layihələrin dəstəklənməsinə sadiqliyini qeyd edib.R.Həsən iqtisadiyyat və qanunvericilik təşəbbüslərinin uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə TÜRKPA ilə TİF arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.Tərəflər iki təşkilat arasında sıx əlaqələri saxlamaq və konkret əməkdaşlıq mexanizmlərini araşdırmaq barədə razılıq əldə ediblər.

Digər xəbərlər