Bu gündən etibarən Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə, xüsusən də Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. SİA xəbər verir ki bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.Ermənistan hökumətinin başçısı bildirib ki, bu, indiki mərhələdə ölkənin tətbiq edə biləcəyi yeganə variantdır.“Bir il səkkiz aydır Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmaması nəticəsində bir nəfər belə olsun əsgər həlak olmayıb. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb”, - Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olduğunu vurğulayan Paşinyan deyib.Nikol Paşinyan “Tramp yolu” layihəsinin həyata keçirilməsi üçün intensiv işlər aparıldığını da bildirib.