PDF Oxu

Siyasət

  • 583

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni dövr

image

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin dinamik inkişafı açıq və hərtərəfli xarakterə malikdir. Bu münasibətlər qarşılıqlı əməkdaşlığın təzahürü olaraq siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələri əhatə edərək dərin köklərə malikdir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilən razılıqlar, imzalanan sənədlər əlaqələrin bütün sahələrində uğuru inkişafa, strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik tarixi ona dəlalət edir ki, əlaqələrin və qarşılıqlı etimad mühitinin dərinləşməsi naminə bu illər ərzində böyük yol qət olunub, qətiyyətli siyasi iradə göstərilib. Artıq ikinci ildir ki, fəaliyyət göstərən Ali Dövlətlərarası Şuranın özü də məhz bu iradənin məntiqi nəticəsidir. O da danılmaz həqiqətdir ki, əlaqələrin bu səviyyəyə yüksəlməsinin siyasi və iqtisadi əsasları ilə yanaşı, təbii özəllikləri də mövcuddur.
Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bu məqamı xüsusi olaraq vurğuladı: “Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
Ən yüksək səviyyədə qarşılıqlı etimadın və ali siyasi iradənin mövcudluğu münasibətlərimizin müttəfiqlik əsasında güclənməsinə möhkəm zəmin yaradır. Prezident İlham Əliyev oktyabrın 21-də Astanada mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında imzalanmış sənədlərin yalnız iki dövlətin deyil, bütövlükdə Avrasiya coğrafiyasının maraqlarına xidmət göstərəcəyini də xüsusi qeyd etdi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq... Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyevin Astanaya dövlət səfəri ilk növbədə Azərbaycan və Qazaxıstan münasibətlərində yeni mərhələnin açılışının simvolu kimi mədəni-tarixi bağlara, ortaq türk mənəvi köklərə malik iki qardaş xalqın birliyinin təcəssümüdür.

Saday Qasımov
Azərbaycan Respublikasının Tibb Universitetinin 1-ci kurs tələbəsi

Digər xəbərlər