Prezident İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Petr Paveli və Çexiya xalqını təbrik edib.Dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.Prezident İlham Əliyev Petr Pavelə ən xoş arzularını çatdırıb, Çexiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.