PDF Oxu

Siyasət

  • 1 117

"Azərbaycan və Gürcüstanı tarixi dostluq bağları birləşdirir” - Gürcüstan Parlament sədrinin müavini

image

“Azərbaycan və Gürcüstan münasibətlərində əməkdaşlıq, dostluq və qarşılıqlı hörmət ruhu mövcuddur. Xalqlarımız uzun illər boyu bir-biri ilə sıx əlaqələrdə olmuş və bu ənənələr bu gün də uğurla davam etdirilir”. SİA xəbər verir ki, bunu Gürcüstan Parlament sədrinin müavini Nino Tsilosani beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.Nino Tsilosani bildirib ki, həm 1931-ci, həm də 1935-ci illərdə qəbul olunmuş Konstitusiyalar xalqların müstəqillik iradəsini, dövlətçilik ənənələrini və azad yaşamaq prinsipini dünyaya nümayiş etdirib: “Konstitusiyaların qəbul olunmasını yalnız tarixi fakt kimi deyil, həm də müstəqil, firavan və müasir dövlət quruculuğuna atılmış mühüm addım kimi qiymətləndirmək lazımdır”.O qeyd edib ki, müstəqilliyin bərpasından sonra hər iki ölkə çətin mərhələlərdən keçib: “Ərazilərin yenidən qurulması, məcburi köçkünlərin yerləşdirilməsi, iqtisadi islahatlar və sosial çağırışlar xalqlarımız üçün ciddi sınaq olub”.Çıxışda həmçinin vurğulanıb ki, son 30 il ərzində Azərbaycan və Gürcüstan müstəqilliyini möhkəmləndirib, iqtisadi inkişafı təmin edib və regional əməkdaşlıqda mühüm rol oynayıb: “Azərbaycan, Pakistan və Türkiyə ilə iqtisadi və kommunikasiya əməkdaşlığı regionda ticarət və tranzit imkanlarını genişləndirib. Bu gün də regional inkişaf və sabitlik üçün birgə fəaliyyət davam etdirilir”.Nino Tsilosani xarici müdaxilələrin yolverilməz olduğunu da bildirib: “Xalqların gələcəyi ilə bağlı qərarlar yalnız milli quruculuq prinsiplərinə əsaslanmalı və xarici müdaxilələrə yol verilməməlidir”.

Digər xəbərlər