PDF Oxu

Siyasət

  • 1 346

“Konstitusiya xalqın iradəsini əks etdirən əsas sənəddir” - Yovan Canjiç

image

“Konstitusiyanın qəbul edilməsi hər bir ölkə üçün həm siyasi, həm də ictimai hadisədir. Çünki Konstitusiya dövlətin təşkili, hakimiyyət strukturu və idarəetmənin əsasını müəyyən edir". SİA xəbər verir ki, bunu Serbiya Milli Məclis sədrinin müavini Yovan Canjiç Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda deyib.Yovan Canjiç çıxışında bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də cəmiyyətin tarixi, sosial-iqtisadi və mədəni xüsusiyyətlərini əks etdirən əsas vasitədir: “Konstitusiya dövlət orqanlarının fəaliyyətini tənzimləyir, vətəndaşların hüquq və azadlıqlarını qoruyur və dövlət idarəçiliyinin şəffaflığını təmin edir. Onun tətbiqi ölkənin tarixi, siyasi və sosial şəraitindən qaynaqlanır”.O qeyd edib ki, müxtəlif ölkələrin Konstitusiyalarının təcrübəsi göstərir ki, bu sənədlər həm davamlılıq, həm də çevik dəyişiklik imkanlarına malik olmalıdır: “Məsələn, ABŞ Konstitusiyası uzunömürlüdür və əsas prinsipləri qorunmuşdur, İngiltərədə isə yazılı Konstitusiya mövcud olmasa da, hüquqi idarəetmənin əsası təmin olunur. Fransada isə Konstitusiyada daha çox dəyişikliklər edilmişdir”.Canjiç vurğulayıb ki, Konstitusiya xalqın iradəsini əks etdirməli, bərabərlik və ədalət prinsiplərini qoruyaraq, ölkənin davamlı inkişafını təmin etməlidir: “Əsas olan odur ki, Konstitusiya vətəndaşların hüquqlarını qoruyur, milli və dini fərqlərə görə ayrı-seçkiliyə yol vermir və dövlətin sabitliyini təmin edir. Azərbaycan təcrübəsi göstərir ki, Konstitusiya yalnız qanun deyil, həm də xalqın inkişaf strategiyasının əsas sütunudur”.O, çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycanın siyasi və iqtisadi inkişafı, Konstitusiya prinsiplərinin uğurla tətbiqi ilə mümkün olmuşdur: “Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hüquqa əsaslanan idarəçilik nümunəsini yaradıb və vətəndaşları üçün təhlükəsiz və firavan cəmiyyət təmin edir”.

Digər xəbərlər