PDF Oxu

Siyasət

  • 1 147

"Qarabağ qələbəsi yalnız Azərbaycan üçün deyil,..." - TBMM-nin üzvü

image

“Konstitusiya hər bir millətin iradəsini, azadlığını və müstəqilliyini əks etdirir. O, yalnız hüquqi sənəd deyil, həm də milli hüququ, xalqın iradəsini və dövlətin simvolik əsaslarını ifadə edir". SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım çıxışında bildirib.Şamil Ayrım qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqı üçün yeni mərhələnin başlanğıcını qoymuş və ölkəmizin müstəqilliyini möhkəmləndirmişdir: “Bu böyük tarixi addımın memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olmuşdur. Onun qoyduğu təməllər ədalət, inkişaf, təhlükəsizlik və milli birlik prinsipləri ilə daha da möhkəmləndirilmişdir”.Deputat həmçinin Azərbaycanın müasir dövrdə regionda sülh və sabitliyin simvoluna çevrildiyini vurğulayıb: “Konstitusiya yalnız hüquqi sənəd deyil, o, dövlət ilə vətəndaşlar arasında etimadı möhkəmləndirir, millətin ortaq dəyərlərini və sosial harmoniyasını təmin edir”.Şamil Ayrım Qarabağ uğrunda aparılmış müharibəni və 8 Noyabr – Zəfər Gününü də xatırladıb: “Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərmiş, yalnız torpaqlarını azad etməmiş, həm də müstəqil, demokratik və beynəlxalq hüquqa hörmət edən dövlət quruluşunu möhkəmləndirmişdir. Bu qələbə bütün Türk dünyası üçün böyük əhəmiyyət və şərəf simvoludur”.Deputat çıxışını belə yekunlaşdırıb: “Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə dərin ehtiramımızı bildirir, onun qoyduğu təməl üzərində bu gün müasir və güclü Azərbaycanın inkişafını qeyd edirik. Azərbaycanın böyüməsi, sabitliyi və xalqının rifahı Heydər Əliyev irsinin ən möhkəm davamıdır”.

Digər xəbərlər