PDF Oxu

Siyasət

  • 1 407

"Parlament əməkdaşlığı müstəqillik və dayanıqlı inkişafın təməlidir” - Verner Horn

image

“Əziz həmkarlar, bu parlamentlərarası konfransın təşkili və konstruktiv müzakirələr üçün göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Bu gün biz iki parlament arasındakı əməkdaşlığı, qarşılıqlı anlayışı və dəyərlərə əsaslanan demokratik münasibətləri müzakirə edirik". SİA xəbər verir ki, bunu Cənubi Afrika Milli Məclisinin deputatı və daxili işlər üzrə palata sədri Verner Horn deyib.O, Konstitusiyanın yalnız bir sənəd olmadığını, həm də insanların və vətəndaşların hüquqlarını qoruyan, siyasi azadlıq və qanuni idarəçilik arasında körpü rolunu oynayan təməl olduğunu vurğulayıb: “Azərbaycan üçün 1995-ci ildə Konstitusiyanın qəbul olunması müstəqillikdən sonra dönüş nöqtəsi olmuşdur. Bu sənəd insanların hüquqlarını, qanun çərçivəsində idarəçiliyi, qarşılıqlı dəyərləri və müstəqillik prinsiplərini qorumağa xidmət edir”.Verner Horn əlavə edib ki, Konstitusiyada hakimiyyətin paylaşılması, dövlət orqanlarının funksiyalarının ayrılması və vətəndaşların hüquqlarının təmin olunması əsas prinsiplər kimi əks olunub: “Bu çərçivə milli sabitliyi təmin edir, ölkənin demokratik inkişafına təkan verir və bütün vətəndaşlar üçün bərabər imkanlar yaradır”.Deputat bildirib ki, Azərbaycan Konstitusiyasının 30 illiyi həm də uzun müddətli müstəqilliyin və suverenliyin simvoludur: “Biz bütün dövlətlərin, xalqın və vətəndaşların prinsiplərə sadiq qalaraq əməkdaşlıq etməsi ilə daha ədalətli və dayanıqlı gələcək qura bilərik. Azərbaycan xalqı və dövləti daima demokratik idarəçiliyi dəstəkləyib və beynəlxalq əməkdaşlığa sadiq olub. Həqiqi suverenlik və müstəqillik yalnız şəffaflıq, qanunlara riayət və qarşılıqlı hörmət üzərində mümkündür”.

Digər xəbərlər