PDF Oxu

Siyasət

  • 902

Vətən müharibəsi şəhidi Emin Əmrahovun ildönümündə xatirəsi anılıb

image

29oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Əmrahov Emin Əvəz oğlunun ildönümüdür. Bu münasibətilə Qırılıkənd qəbiristanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Emin Əmrahovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər