PDF Oxu

Siyasət

  • 540

Gədəbəydə 8 Noyabr – Zəfər Gününün ərəfəsində tədbir keçirilib

image

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisinə baxış keçirilib.

Tədbirin davamı Heydər Əliyev Mərkəzində təşkil olunan Dəyirmi masada olub. Dəyirmi masada ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yerə malikdir. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qələbənin xalqımızın birliyinin və dövlətimizin gücünün parlaq təcəssümü olduğunu vurğulayıb.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir.

Rüstəm Nağıyev çıxışında əlavə edib ki, Zəfər Gününün mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. O, həmçinin bildirib ki, qazanılmış Zəfər gələcək nəsillər üçün vətənə xidmət nümunəsi kimi əbədiləşəcəkdir.

Çıxışının sonunda Rüstəm Nağıyev “Yaşasın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Ordusu!” sözlərini səsləndirib. Bu ifadə tədbir iştirakçıları tərəfindən möhtəşəm coşqu və alqışlarla qarşılanıb, milli qürur və birlik ruhunu daha da gücləndirib.

Tədbirdə digər çıxış edən natiqlər də Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqdan, xalqımızın birliyinin və dövlətçiliyə sədaqətin vacibliyindən bəhs ediblər.

Digər xəbərlər