PDF Oxu

Siyasət

  • 727

Yasamal rayonunda minifutbol idman növü üzrə yarış keçirilir

image

Yasamal rayonunda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan minifutbol idman növü üzrə yarış keçirilir.

Oktyabr ayının 29-u və 30-da Azərbaycan Milli Elmlər Akademiyasının minifutbol meydançasında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyinə həsr olunan Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət komandalar arasında minifutbol idman yarışı keçirilib.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək minitutbol üzrə yarışda 1-ci yer uğrunda Azərbaycan Milli Elmlər Akademiyası ilə Bakı Dövlət Universitetinin komandaları mübarizə aparacaq. 3-cü yer uğrunda mübarizə isə Azərbaycan Texniki Universiteti ilə “Aztelekom MMC”-nin komandaları arasında baş tutacaq.

Bütün komandalara uğurlar arzu edirik.

Digər xəbərlər