PDF Oxu

Siyasət

  • 1 350

Milli Məclisdə jurnalistlər üçün tətbiq olunan telefon qadağası aradan qaldırılıb

image

Milli Məclisdə jurnalistlər üçün tətbiq olunan telefon qadağası aradan qaldırılıb. SİA xəbər verir ki, bu gündən etibarən media nümayəndələri parlament binasında telefonlarından məhrum edilməyəcəklər. Beləliklə, binaya daxil olan jurnalistlərdən artıq telefonları alınmayacaq.Qeyd edək ki, bu məhdudiyyət 2022-ci ildən tətbiq olunurdu. Ötən həftə Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli məsələni gündəmə gətirərək, Milli Məclisdə jurnalistlərin telefonlarının əlindən alınmasını onların işinə maneə kimi qiymətləndirmişdi.

Digər xəbərlər