PDF Oxu

Siyasət

  • 795

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsi

image

Azərbaycanın müasir tarixi 8 Noyabr 2020-ci ili əbədi olaraq Qürur, Zəfər və Milli Dirçəliş Günü kimi yadda saxlayacaq. Bu gün Azərbaycan xalqının ədalətli mübarizəsinin, milli birliyinin və sarsılmaz iradəsinin parlaq təntənəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etmiş, əzəli torpaqlarımızı düşmən tapdağından azad etmişdir.

Bu zəfərin zirvəsi – Şuşanın azad olunması – Azərbaycan tarixində dönüş nöqtəsi, milli qürur və vətən sevgisinin rəmzi kimi əbədiləşmişdir. 8 Noyabr – Zəfər Günü bu qələbənin rəsmi təcəssümü, xalqın birliyinin və dövlətimizin gücünün təntənəsidir.

Zəfər, təkcə hərbi üstünlüyün deyil, mənəvi və milli dəyərlərin, xalqın öz torpağına, dövlətinə və rəhbərinə inamının təntənəsidir. Azərbaycan Ordusunun igid övladları – şəhidlərimiz və qazilərimiz – bu zəfərin əsl qəhrəmanları, tariximizin qızıl hərflərlə yazılan adlarıdır.

Prezident İlham Əliyevin “Biz bu Qələbəni xalq–ordu–dövlət birliyi sayəsində qazandıq” kəlamı bu gün hər bir vətənsevər azərbaycanlının qəlbində səslənir. Bu birliyin nəticəsidir ki, bu gün ölkəmiz Cənubi Qafqazın lider dövləti, bölgədə sülhün və ədalətin təminatçısı kimi tanınır.

Zəfər Günü həm də şəhidlərimizin müqəddəs ruhuna ehtiram, dövlətimizin müstəqilliyinə sədaqət, gələcəyə inam və milli həmrəyliyin ifadəsidir. Azərbaycan xalqı bu günü böyük sevinc və fəxrlə qeyd etməklə, həm də şəhidlərə borcunu mənəvi olaraq yerinə yetirir.

Bu gün Vətənimizin hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, xalqımızın başı uca, qəlbi qürurludur. 8 Noyabr artıq bir tarix deyil – Azərbaycanın yenilməzliyinin, qətiyyətinin və milli gücünün simvoludur.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər