PDF Oxu

Siyasət

  • 1 184

Kürdəmirdə “8 Noyabr - Zəfər Günü”münasibətilə tədbir keçirilib

image

04 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr - Zəfər Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiyanın əməkdaşları və Kürdəmir rayonu üzrə Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qəhrəmanlar ölmür şəkil dəyişdirir” adlı film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov “8 Noyabr - Zəfər Günü” münasibətilə təbriklərini çatdırıb və bildirib ki, bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan ordusunun qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı, qazilərinin sağlamlığı bahasına qazandı. Bu Qələbə müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi. Şuşa Qələbəsi, Şuşa uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi. Bu Zəfərdən sonra Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Tarixi Zəfərimizdən ötən beş ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son beş il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar.

Daha sonra çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şücaətdən danışıblar. Onlar bildiriblər ki, hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda rayon təşkilatının sədri Ayaz Cəbrayılov “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar rayonun Vətən müharibəsi qazilərinə Təşəkkürnamələr və hədiyyələr təqdim edərək onları təbrik etdi və möhkəm cansağlığı arzuladı.

Digər xəbərlər