PDF Oxu

Siyasət

  • 469

Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya liderləri arasında xüsusi nüfuza hörmət və ehtirama sahib olan nadir liderlərdən biridir. Cənab Prezidentimizi bu səviyyəyə ucaldan onun şəxsi keyfiyyətləri, dərin dövlətçilik təcrübəsi və hadisələri öncədən düzgün qiymətləndirmək məharətidir. Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara nail olunmuşdur. 2003-cü illə indiki dövrü müqayisə etsək əldə olunmuş uğurların miqyasını aydın şəkildə təsəvvür edə bilərik. Həmin dövrdə Azərbaycanın ərazisinin 20%-dən artıq bir hissəsi Ermənistanın işğalı altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün olaraq səfil vəziyyətdə, əhalinin 49%-i yoxsulluq şəraitində, təminat problemləri acınacaqlı, infrastruktur sosial obyektlər tam yararsız, əhalinin işsizlik səviyyəsi son həddə idi. Belə bir dönəmdə siyasi hakimiyyətə gələn cənab Prezident İlham Əliyev mövcud vəziyyəti obyektiv şəkildə qiymətləndirməyi, eyni zamanda düçar olduğumuz çoxsaylı problemlərin qısa bir müddətdə aradan qaldırılması yollarını müəyyənləşdirdi. Həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, qəbul edilmiş qətiyyətli qərarlar, təsdiq etdiyi mühüm Dövlət Proqramları və bu proqramların icrasını şəxsi nəzarətində saxlamaqla möhtəşəm uğurlara imza atmış oldu. Fəxarətlə qeyd edə bilərik ki, yuxarıda sadalanan və sadalanmayan problemlər artıq aradan qaldırılıb, Azərbaycan ərazilərini erməni işğalından xilas edərək bölgənin lider dövlətinə, dünyanın güc mərkəzlərinin hesablaşmalı olduğu, bəşəriyyəti narahat edən ümumbəşəri problemlərin müzakirə və ən mühüm qərarların qəbul edildiyi önəmli məkanlardan birinə çevrilib.

Göstərilən problemlərin aradan qaldılrılmasını şərtləndirən əsas məsələlərdən biri də cənab Prezident İlham Əliyevin hər bir problemin həlli üçün zamanın düzgün seçilməsidir. Özünün qeyd etdiyi kimi “Nəyi, nə vaxt və necə edəcəyini” əvvəlcədən müəyyən etmək bacarığına sahib olumasıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80-ci illik yubleyinə həsr edilmiş tədbirdəki çıxışı zamanı Azərbaycanın qısamüddətli müstəqillik dönəmində keçdiyi tarixi yol təhlil edilmiş, əldə olunmuş möhtəşəm nəailiyyətlər və qarşıda duran vəzifələr haqqında münasibət ifadə olunmuşdur. Qeyd olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti bildirmişdir: “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bildi. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olub. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan edib. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də akademiyanın işinə, akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət ulu öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa edildi. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edildi. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdı. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edildi. "Elm haqqında" Qanun qəbul edildi, Dövlət Proqramı qəbul edildi. Yəni görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir. Son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olub. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilib. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni təbii resurslar bizim üçün sadəcə olaraq, bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm adamları qarşısında qoymuş olduğu vəzifələr, Azərbaycanın müasir dövrün çağrışlarına uyğun şəkildə inkişafının təmin edilməsi məqsədini daşıyır. Elm ilə iqtisadi sistemin vəhdəti dövlətin hər tərəfli inkişafını təmin edir. Əminliklə deyə bilərik ki, sabahın Azərbaycanı günkündən daha da qüdrətli olacaqdır.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər