PDF Oxu

Siyasət

  • 650

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan elmi yeni inkişaf mərhələsində

image

3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı elm, təhsil və innovasiya sahəsində aparılan siyasətin istiqamətlərini müəyyən edən mühüm proqram xarakterli nitq kimi tarixə yazıldı.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın gələcəyi bilik, elm və texnologiya üzərində qurulmalıdır. Elmi tədqiqatların inkişafı, yeni texnologiyaların tətbiqi, müasir elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər ölkəmizin intellektual potensialını daha da gücləndirir.

Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, elmə dövlət qayğısı yalnız elmi nailiyyətlərə deyil, həm də insan kapitalının inkişafına xidmət edir. Akademiyanın yenilənməsi, gənc alimlərin fəaliyyətinə dəstək, beynəlxalq əməkdaşlığın genişlənməsi bu siyasətin real nəticələridir.

Azərbaycan elminin 80 illik yolu həm qürur, həm də məsuliyyət tarixidir. Bu yubiley mərhələsində Prezidentin göstərdiyi istiqamətlər gələcəyin daha güclü, müasir, rəqabətqabiliyyətli Azərbaycan elmini formalaşdırmağa yönəlib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bir daha sübut edir ki, elmin inkişafı dövlətimizin əsas prioritetlərindən biridir. Elm və təhsil – sabit inkişafın, milli gücün və dövlət müstəqilliyinin ən etibarlı dayağıdır.

Pərvanə Verdiyeva,

Gədəbəy şəhər İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü liseyin direktoru

Digər xəbərlər