05 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlikİli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Qarayazı Dövlət Təbiət Qoruğu Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qarayazı Dövlət Təbiət Qoruğu Ərazi Partiya Təşkilatının üzvləri, partiya fəalları, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı rayonun Muğanlı kəndinin ərazisində 240 ədəd müxtəlif növ ağac əkilib.
Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.