6 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə yeniyetmələr arasında yunan-roma güləşiüzrə rayon turnirikeçirilib.
Turnirdə 65 nəfər yeniyetmə güləşçiiştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatınınsədri Turan Hüseynovçıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan Zəfər möhtəşəm və qürurludur. Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir, Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Çıxışçılar yeniyetmələrə uğurlar arzulayıblar.
Daha sonra turnirə start verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yunan-roma güləşi üzrə rayon turnirində yüksək nəticə əldə etmiş yeniyetmələrə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qiymətli hədiyyələri, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatınındiplom və medalları təqdim olunub.