PDF Oxu

Siyasət

  • 681

Ağdamda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

image

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tadbirdə çıxış edən RİH başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsindən, 2025-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü və ilk milli Konstitusiyanın qəbulunun 30 illiyinin qeyd olunmasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasından bəhs etmişlər.

Digər xəbərlər