PDF Oxu

Siyasət

  • 448

Dövlətin strateji fəaliyyət istiqamətləri

image

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biridir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Eyni zamanda, Konstitusiya ilə dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipləri əsasında təşkil edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Eyni zamanda, Ulu öndər bildirmişdir ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin1-ci kurs tələbəsi

Digər xəbərlər