PDF Oxu

Siyasət

  • 660

Konstitusiya xalqın suverenliyinin siyasi ifadəsidir

image

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar dövlətimizi inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu Öndərimiz bu barədə danışarkən bildirirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Azərbaycan Respublikasının Konstitusiyasının mətnində demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət bölgüsü, insan haqlarına təminat və s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri öz əksini tapmışdır. Eyni zamanda, bu, Azərbaycanın müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunu sayılır.

Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının bütün ərazisinə yayılır və bütün vətəndaşlarına, onların harada olmasından asılı olmayaraq aiddir.

Vətəndaşların hüquq və azadlıqlarının təminatı, müstəqil dövlətçiliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və bir sıra mühüm məsələlərdə Konstitusiyanın rolunu nəzərə alaraq cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq üçün əhəmiyyətlidir. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin ifadəsi baxımından önəmlidir.

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər