PDF Oxu

Siyasət

  • 648

Müstəqil dövlətçiliyimizin hüquqi əsası

image

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azad iradəsini, dövlət müstəqilliyi və suverenliyini ifadə edən ən ali hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən bu sənəd, Azərbaycan xalqının öz gələcəyini hüquqi əsaslarla qurmaq əzminin parlaq göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ölkəmizin siyasi, iqtisadi və sosial həyatında əsas istiqamətləri müəyyən etmiş, dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini təsbit etmişdir. Ulu Öndərin sözləri ilə desək: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Konstitusiya müstəqil Azərbaycanın sabit inkişafını təmin edən hüquqi baza rolunu oynayır, vətəndaşların hüquq və azadlıqlarını qoruyur, dövlət orqanlarının fəaliyyətini qanun çərçivəsində tənzimləyir. Bu sənəd, xalqın iradəsinə əsaslanan dövlət quruculuğunun əsasını təşkil edir.

Günay Allahverdiyeva

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü

Digər xəbərlər