PDF Oxu

Siyasət

  • 887

Dövlətçiliyimizin bayramı

image

Hər il noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Bu tarix dövlət tariximizin ən mühüm günlərindən biridir. Çünki həmin gün 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu hadisə Azərbaycan xalqının azad iradəsinin təntənəsi, müstəqilliyimizin hüquqi təminatı kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanmış Konstitusiya ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmiş, dövlətin əsas prinsiplərini – xalq hakimiyyətini, hüquqi bərabərliyi, insan hüquqlarını və dünyəvilik prinsiplərini təsbit etmişdir. Prezident İlham Əliyev də vurğulamışdır ki, bu sənəd müasir, demokratik və hüquqi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Bu gün Konstitusiya Günü sadəcə bir tarixi hadisənin xatırlanması deyil, həm də dövlətə, qanuna və ədalətə hörmətin rəmzidir.

Kəmalə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini

Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər